Müdafiə Nazirliyindən erməni təxribatına cavab

Ermənistan verdiyi itkilərin sayını gizlətməyə çalışır…

Ermənistan verdiyi itkilərin sayını gizlətməyə çalışır.

Müdafiə Nazirliyi Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatları təkzib edib.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur və bu, Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Nazirlik Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu vəziyyətə tam nəzarət etdiyini bildirib.

Qeyd edək ki, Ermənistanın xəbər saytları Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətdiyi və nəticədə bir hərbçinin həlak olması barədə məlumatlar yayıb.

www.oxu.az