Artur Rasizadə Hərbi Hava Qüvvələrinin bazasında

Baş nazir məmnun qaldı…

 

 

 

Baş nazir məmnun qaldı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazir Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, baş nazir yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkib və orada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan lham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar Silahlı Qüvvələrin döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri xüsusi vurğulayıb.

Uçuş-texniki heyəti ilə görüşən baş nazir aviabazanın ərazisində aparılan işlərdən məmnun qaldığını, bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib və şəxsi heyətin sosial-məişət şəraitinin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

 

/Oxu.az/