KİV haqqında Qanuna dəyişikliklər qəbul edildi

Məhkəmə qarşısında iddia qaldırıla bilər…

Məhkəmə qarşısında iddia qaldırıla bilər.

Milli Məclisin plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanunda bəzi dəyişikliklər edilib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, müzakirələr zamanı dəyişikliklərin kütləvi informasiya vasitələri sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədini daşıdığı bildirilib. 

Dəyişikliklərə görə, əvvəl təsis edilmiş digər mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Bu məqsədlə qanuna “oxşar ad” anlayışı daxil edilir.

Qanunun 19-cu maddəsində edilən dəyişikliyə görə isə kütləvi informasiya vasitələrinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.

www.oxu.az