Azərbaycanda işsizlərin 40%-i qadınlardır

Dövlət Statistika Komitəsi məlumat yaydı.

 

Dövlət Statistika Komitəsi məlumat yaydı.

2014-cü ilin dekabrın 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 835,0 min nəfər olub, onlardan 4 milyon 596,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 39,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 282,6 manat təşkil edib.

www.oxu.az