Uorlik tvit yazıb…
Uorlik tvit yazıb.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Azərbaycan və Ermənistana yeni təyin olunan səfirlərini təbrik edib.
“Azərbaycan və Ermənistana təyin olunmuş yeni səfirlərimizin təsdiq olunmaları münasibətilə təbrik edirəm. Hər iki səfir təcrübəli və ən yaxşı diplomatlardır”, – Uorlik Twitter səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ Senatı bu yaxınlarda Robert Sekutanın Azərbaycana, Riçard Millsin isə Ermənistana səfir postuna namizədliklərini təsdiqləyib.