Amerikalılar 4 litr benzini təxminən 2 dollara alırlar…
Amerikalılar 4 litr benzini təxminən 2 dollara alırlar.
Neftin qiymətinin ucuzlaşması ABŞ iqtisadiyyatı üçün əlverişlidir. Ağ evin rəsmi nümayəndəsi Coş Ernest neft qiymətlərinin monitorinqinin məlumatını göstərib, Reuters bildirib.
Neftin ucuzlaşmasına görə Birləşmiş Ştatlar ərazisində benzinin bir qallonu (3,7 litr) üçün orta qiymət 2 dollardan da (1,5 manat) aşağıdır, agentliyin məlumatına görə ölkədə avtomobil satışı son aylarda artıb.
Daha öncə neftin qiymətinin ucuzlaşmasının ABŞ iqtisadiyyatına müsbət təsiri haqqında Federal Ehtiyat Sisteminin nümayəndəsi bəyan etmişdi.
Ötən ilin dekabr ayında Nyu-Yorkun Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli amerikalı istehlakçıların ucuz neftdən daha çox qazanclı olacaqlarını demişdi.
Yanvar ayının 5-də satış zamanı neftə olan dünya qiymətləri 2009-cu ilin yazından bu yana rekord ucuzlaşmanı göstərdi.
Londonda IСE Futures Europe elektron əmtəə birjasında Brent neftinin rəsmi qiyməti 3,31 dollar ucuzlaşaraq bir barel üçün 53,11 dollardan ibarət olub. New York Mercantile Exchange təcili əmtəə birjasında WTI neftinin qiyməti 2,65 dollar ucuzlaşaraq bir barel üçün 50,04 dollardan ibarət olub.