“Praviy sektor” Ukrayna Müdafiə Nazirliyinə tabe olmaq təklifini rədd etdi

“Müqavilə əsasında hərbi xidmətə dair çoxsaylı variantlar təklif olundu”…

“Müqavilə əsasında hərbi xidmətə dair çoxsaylı variantlar təklif olundu”.

Ukraynanın milliyyətçi təşkilatı “Sağ sektor” (“Praviy sektor”) Ukrayna Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmətdən etiraz edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Yuri Biryukovun tele-efirdə etdiyi bəyanatına əsasən Ukrinform bildirib.

“Mən şəxsən “Sağ sektor”a tam leqallaşma sxemi təklif etdim. Müqavilə əsasında hərbi xidmətə dair çoxsaylı variantlar təklif olundu. Lakin onlar imtina etdilər”, – deyə Y.Biryukov söyləyib.

Müşavirin sözlərinə görə, “Sağ sektor” könüllülərinin öz müstəqilliklərini saxlayaraq və heç kimə tabe olmayaraq leqal qüvvə kimi qalmaq arzusu “elmi fantastika” sırasındandır.    

Daha öncə “Sağ sektor”un və Ukrayna Müdafiə Nazirliyinin “universal batalyon” yaratmaları haqqında müştərək layihələri barədə xəbər yayılmışdı.

www.oxu.az