BMT: 2014-cü ildə dünyada qaçqınların sayı rekord həddə çatıb

Humanitar yardımın maliyyələşdirilməsinə 16 milyard lazım olacaq…

Humanitar yardımın maliyyələşdirilməsinə 16 milyard lazım olacaq.

BMT-nin qaçqınlarla iş üzrə idarəsi bildirib ki, 2014-cü ildə məcburi köçkünlərin sayı rekord həddə – 46,3 milyon nəfərə çatıb. Bu barədə RİA “Novosti” təşkilatın hesabatına istinadən  xəbər verib.

“2014-cü ildə bizim himayəmiz altında olan insanların sayı görünməmiş həddə çatdı”, – BMT-nin qaçqınlarla iş üzrə ali komissarı Antoniu Quttereşin bəyanatından sitat gətirilib.

Oxu.Az xəbər verir ki, qaçqınların sayının artma səbəbləri arasında Yaxın Şərqdə və Afrikada gedən hərbi əməliyyatlar göstərilib.

Daha öncə BMT bildirmişdi ki, 2015-ci ildə humanitar yardımın maliyyələşdirilməsinə rekord məbləğ 16 milyard lazım olacaq.

www.oxu.az