Dünya bankı neftin qiyməti ilə bağlı proqnoz verdi

“Neftin ucuzlaşması neft ixrac-ölkələri üçün ciddi çağırış olacaq”…

“Neftin ucuzlaşması neft ixrac-ölkələri üçün ciddi çağırış olacaq”.

Neftin qiymətinin ucuzlaşması yeni yataqların kəşfiyyat və mənimsənilməsini, eləcə də dəniz şelfində yanacaq çıxarılmasını təhlükə altına qoyur.

Oxu.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Dünya bankının hesabatında deyilir, ordan çıxarışlar yanvar ayının 7-də dərc edilib.  

Dünya bankının hesabatında qeyd edilir ki, “neftin qiymətinin bir barel üçün 100 dollardan artıq olan dövrü sona çatıb. Hesabatda bildirilib ki, 2015-ci il yanacağın qiymətlərinin ucuz olduğu il olacaq, 2016-cı ildə isə onlar çox az artacaqlar”.  

Belə vəziyyəti ekspertlər bir neçə amil ilə izah edirlər, bura neftə olan tələbatın artmasını, eləcə də geosiyasi gərginliyin azalmasını da daxil edirlər. Bundan başqa, DB-nin fikrincə neftin qiymətlərinə həmçinin Neft ixrac-ölkələrinin təşkilatının (OPEK) siyasi məqsədlərini dəyişməsi, eləcə də dolların kursunun artması təsir edir. Bununla yanaşı, hesabatda müəyyənedici amil olaraq əsasən “ABŞ-da neftə görə iqtisadi partlayışa” görə neft təklifinin artması göstərilir.  

Ekspertlər qeyd edirlər ki, “neftin ucuzlaşması neft ixrac-ölkələri üçün ciddi çağırış olacaq və onların iqtisadiyyatlarına da təsir edəcək, eyni zamanda ixracatçıların struktur islahatları keçirmə şansı olacaq”.

Hesabatda həmçinin vurğulanır ki, neftin ucuzlaşması dünya iqtisadiyyatına da təsir edəcək:

“Belə ki, yanacağın qiymətinin 30 faiz ucuzlaşması dünya ÜDM-nin 0,5 faiz artmasına səbəb olacaq”.

www.oxu.az