“Boko Haram” silahlıları Nigeriyada kəndlərə hücum çəkdilər: Ən azı 100 nəfər öldürülüb

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”…

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”.

“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında son 4 gün ərzində azı 16 yaşayış məntəqəsini talayıblar, ən azı 100 nəfər öldürülüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Musa Bukar bildirib.

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”, deyə o bildirib.

Məlumata görə, viran edilən yaşayış məntəqələrindən qaçan əhali  Çad gölündəki adalarda məskunlaşıb. 

www.oxu.az