“Terror hücumun ehtimalı böyükdür”…
“Terror hücumun ehtimalı böyükdür”.
ABŞ Dövlət Departamentində bəyan ediblər ki, terror təşkilatıarı, o cümlədən “İslam Dövləti” (İŞİD) və “Əl-Qaidə” Avropa ölkələrinə yeni hücumlar planlaşdırır.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Əldə olan məlumata əsasən ehtimal edilir ki, İŞİD və “Əl-Qaidə” onlarla əlaqədə olan təşkilatlar və digər terror qrupları Amerika və qərb hədəflərinə qarşı terror aktları planlayırlar. Hakimiyyət hesab edir ki, əgər İŞİD üzvlərinin Suriya və İraqdan geri qayıtmlarını nəzərə alsaq, Avropaya terror hücumlarının olması ehtimalı böyükdür”, – Dövlət Departamentində qeyd ediblər.
Bundan başqa departamentdə bəyan ediblər ki, terror aktı təhlükəsi eləcə də, təkbaşına fəaliyyət göstərən və terror təşkilatlarının ideologiyalarını özlərinə rəhbər tutan insanlardan gələ bilər.