Yapon iş adamları Azərbaycana gələcək

“İqtisadiyyatın şaxələndirilməsində maraqlıyıq”…

“İqtisadiyyatın şaxələndirilməsində maraqlıyıq”.

Martın 4-dən 7-dək yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu sözləri “World İnvestors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida Yaponiyanın Çiba şəhərində təşkil olunan “Azərbaycan – gələcəyin ölkəsi” adlı seminarda bildirib.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan ekspert ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.

Xatırladaq ki, yüzədək yapon iş adamının qatıldığı seminarda Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verilib, son illər müşahidə olunan inkişaf barədə ətraflı danışılıb.

www.oxu.az