Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər – SİYAHI

Türkiyə isə vətəndaşlarımıza vizasız yaşamaq üçün 1 ay vaxt verir…

Türkiyə isə vətəndaşlarımıza vizasız yaşamaq üçün 1 ay vaxt verir.

Azərbaycan vətəndaşları hər gün müxtəlif ölkələrə ya işgüzar, ya da turist səfərləri edirlər. Bəs, Azərbaycan vətəndaşları vizasız gediş-gəliş rejimi əsasında hansı xarici dövlətlərə səfər edə bilərlər?

Oxu.Az xəbər verir ki,  Modern.az bununla bağlı kiçik araşdırma aparıb.

Hazırda Türkiyə və İran tərəfindən birtərəfli qaydada Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir. İran ərazisində Azərbaycan vətəndaşlarının vizasız yaşaması üçün qoyduğu müddət 15 gündür. Türkiyə isə vətəndaşlarımıza vizasız yaşamaq üçün 1 ay vaxt verir.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi ölkələrlə Azərbaycan arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir.

I qrup üzrə Azərbaycan  və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları,  həmçinin belə şəxslərin onlarla birgə səfər edən, lakin şəxsi diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta malik olmayan ailə üzvləri – ər (arvad), oğul/qızları üçün (foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada müvafiq diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta qeyd edilməklə) aşağıdakı dövlətlərə vizasız gediş-gəliş əldə edə bilərlər:

 İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

Ölkənin adı – Vizasız rejim tətbiq edilən pasportların növü

1. Albaniya – Diplomatik və xidməti – 90 gün

2. Almaniya – Diplomatik – 90 gün

3. Argentina – Diplomatik, rəsmi və xidməti – 30 gün

4. Avstriya  – Diplomatik və xidməti – 90 gün

5. Belçika – Diplomatik – 90 gün

6. BƏƏ – Diplomatik, xidməti və xüsusi – 90 gün

7. Bolqarıstan – Diplomatik və xidməti – 90 gün

8. Bosniya və Herseqovina – Diplomatik, rəsmi və xidməti – 90 gün

9. Braziliya – Diplomatik, rəsmi və xidməti – 90 gün

10. Çin  – Diplomatik və xidməti – 30 gün

(Honq-Konq (Çinin xüsusi inzibati ərazisi) – Diplomatik və xidməti – 14 gün)

11. Çexiya – Diplomatik – 90 gün

12. Xorvatiya – Diplomatik və xidməti – 30 gün

13. Estoniya – Diplomatik – 90 gün

14. Finlandiya – Diplomatik – 90 gün

15. Fransa – Diplomatik – 90 gün

16. İndoneziya – Diplomatik və xidməti – 30 gün

17. İordaniya – Diplomatik və xidməti – 90 gün

18. İran – Diplomatik və xidməti – 1 ay

19. İspaniya – Diplomatik – 90 gün

20. İsrail (12.12.2014-cü il  tarixindən etibarən) – Diplomatik və xidməti – 90 gün

21. İsveç – Diplomatik – 90 gün

22. İtaliya – Diplomatik və xidməti – 90 gün

23. Kolumbiya – Diplomatik, rəsmi və xidməti – 90 gün

24. Koreya – Diplomatik, rəsmi və xidməti – 30 gün

25. Kipr – Diplomatik – 90 gün

26. Kuba – Diplomatik, rəsmi və xidməti – 90 gün

27. Küveyt – Diplomatik, xidməti və xüsusi – 90 gün

28. Latviya – Diplomatik – 90 gün

29. Litva – Diplomatik – 90 gün

30. Liviya – Diplomatik, xidməti və xüsusi – 90 gün

31. Lüksemburq – Diplomatik – 90 gün

32. Macarıstan – Diplomatik və xidməti – 90 gün

33. Malta – Diplomatik – 30 gün

34. Meksika – Diplomatik – 90 gün

35. Mərakeş – Diplomatik, rəsmi, xidməti və xüsusi – 90 gün

36. Monteneqro – Diplomatik və xidməti – 90 gün

37. Niderland – Diplomatik – 90 gün

38. Pakistan – Diplomatik və xidməti – 1 ay

39. Polşa – Diplomatik – 90 gün

40. Peru – Diplomatik, xidməti və xüsusi – 90 gün

41. Portuqaliya – Diplomatik,xidməti və xüsusi – 90 gün

42. Rumıniya – Diplomatik və xidməti – 90 gün

43. Serbiya – Diplomatik, xidməti və rəsmi – 90 gün

44. Slovakiya – Diplomatik və xidməti – 90 gün

45. Sloveniya – Diplomatik və xidməti – 90 gün

46. Suriya – Diplomatik, xidməti və xüsusi – 30 gün

47. Türkiyə – Diplomatik, xidməti və xüsusi – 90 gün

48. Türkmənistan – Diplomatik və xidməti – 30 gün

49. Yunanıstan – Diplomatik – 90 gün

50. Vyetnam – Diplomatik, xidməti və rəsmi – 1 ay

51. Uruqvay – Diplomatik, xidməti və rəsmi – 90 gün

II qrup üzrə isə Azərbaycanın və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

– həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar; 
– Azərbaycanın və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhəd keçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
– pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhəd keçmə sənədinə

– vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər aşağıdakı ölkələrə vizasız gediş-gəliş imkanından yararlana bilərlər:

Ölkənin adı

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1. Belarus – 90 gün

2. Gürcüstan – 90 gün

3. Qazaxıstan – 90 gün

4. Qırğızıstan – 90 gün

5 Moldova – 90 gün

6. Özbəkistan – 90 gün

7. Rusiya – 90 gün

8. Tacikistan – 90 gün

9. Ukrayna – 90 gün

www.oxu.az