Ölkədə benzin və dizel yanacağı bahalaşdı…
Ölkədə benzin və dizel yanacağı bahalaşdı.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.
N.Həsənov deyib ki, hələlik qiymət artımı gözlənilmir.
Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.