Fikir mübadiləsi aparılıb…
Fikir mübadiləsi aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 13-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robbert Gabrielseni qəbul edib.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.