Ermənilər Rusiya bazasına qarşı ayağa qalxdılar

Gümrüdə altı nəfərdən ibarət Avetisyanovlar ailəsi öldürülüb…

Gümrüdə altı nəfərdən ibarət Avetisyanovlar ailəsi öldürülüb.

Ermənistanda Gümrü şəhərində bir ailənin öldürülməsi ilə əlaqədar Rusiyanın bu ölkədəki binası qarşısında etiraz aksiyası keçirilir.

Etirazçılar Rusiya hərbi bazasının ölkədən çıxarılması və Rusiyanın Ermənistandakı səfirinin geri çağırılmasını tələb edirlər, Oxu.Az xəbər verir.

“Biz, Ermənistan vətəndaşları Rusiya Federasiyasından belə bir cinayəti törətməkdə şübhəli bilinən bir şəxsin Rusiyanın Ermənistandakı hərbi bazasında necə xidmət keçdiyini izah etməyi tələb edirik.

Biz Rusiya prezidentindən, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanından erməni xalqından üzr istəməsini və Rusiya bazasını Ermənistan ərazisindən çıxarmasını tələb edirik”, – deyə, Armenia Today aksiya təşkilatçılarının yaydığı bəyanatdan sitat gətirir.  

Qeyd edək ki, dünən Ermənistanın Gümrü şəhərində altı nəfərdən ibarət Avetisyanovlar ailəsi öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Valeri Permyakov bütün ailəni güllədən keçirib və körpəni yaralayıb.

Sonra o, qaçmağa çalışsa da, erməni-Türkiyə sərhədini keçməyə çalışarkən rusiyalı sərhədçilər tərəfindən tutulub. Permyakov hazırda Rusiya bazasının ərazisindədir və hələlik erməni hüquq-mühafizə orqanlarına verilməyib.

www.oxu.az