“Azpetrol” benzinin qiymətini eyni anda endirdi və qaldırdı

Şirkət məlumat yaydı…

Şirkət məlumat yaydı.

“Azpetrol” şirkəti benzinin qiymətinə yenidən baxıb.

Şirkətin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar “Azpetrol” tərəfindən “Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən etibarən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.

www.oxu.az