“Azərbaycanlıların mehribançılığına və ürəyiyumşaqlığına heyran oluram”…
“Azərbaycanlıların mehribançılığına və ürəyiyumşaqlığına heyran oluram”.
Xalqımın pisliyi belə tez unutmaq, alçaldıldığını və incidildiyini yaddan çıxarma qabiliyyəti məni təəccübləndirməyə davam edir. Ətrafımda olan insanların ürəyində olan sonsuz tolerantlığa alışa bilmirəm. Tolerantlıq, əlbəttə, yaxşıdır. Bu, mənim dostlarımın, tanışlarımın, onların dostlarının, tamamən yad insanların ümumiyyətlə, mənim həmvətənlərimin nə qədər yaxşı insan olduğunu göstərir. Amma hər şeyin həddi var. Xeyirxahlığın da…
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçisi, Valeri Permyakov erməni evinə girib və 6 nəfəri cəhənnəmlik edib. Yaxşı, gəlin bir qədər korrektə edək: Avetisyanlar ailəsinin üzvlərini qətlə yetirib, bütün ev əhlini, iki uşaq da daxil olmaqla güllələyib. Silahdan atdığı güllə boşa çıxdığı üçün (axmaq, içməzdən əvvəl silahı təmizləmək lazımdır!) o, körpəni süngü ilə öldürməyi qərara alıb. Ümumiyyətlə, bu, qaranlıq işdir. Qaranlıq və yad bir əhvalat.
Azərbaycana və azərbaycanlılara aidiyyatı olmayan bir əhvalat. Ən azından mənəvi aidiyyatı olmayan. Amma yox, insanlar internetdə bu əhvalatı müzakirə edir, mülahizələr irəli sürür, Avetisyanlar ailəsinin üzvlərinə yazıqları gəlir. Mənim dostlarımdan bəzilərinin Facebook səhifəsində bu barədə bir neçə rəyi belə səslənirdi: “Yazıq körpə”, “bu vəhşi Permyakov məhv edilməlidir”, “uşaqlara, ümumiyyətlə, insanlara yazığım gəlir” və s.
İnsanlar, dostlar, əzizlərim, özünüzə gəlin! Siz nə edirsiz? Bir dəqiqəlik emosiyaları kənara qoyun və bu, Gümrü xəbərində kimin qətlindən danışıldığını xatırlayın. Hisslərinizin ağlınıza hakim kəsilməsinə izin verməyin. Qonşu düşmən dövlətin ərazisində yerləşdirilən əsgər, əgər ikinci Qarabağ müharibəsi başlayarsa bizim əsgərlərimizə güllə atacaq əsgərdir, və o, müharibə zamanı bizim əsgərlərimizə güllə atacaq ikinci adamı səhvən güllələyib.
Mən müharibəyə səsləmirəm! Azərbaycanlılar və ermənilər arasında onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmirəm. Sıravi erməni ailəsinin və günahsız uşaqların ölümünə sevinmirəm. Hamımız kimi mənə də bu hisslər yaddır. Amma gəlin, faktlara ayıq başla baxaq, bununla yanaşı, ermənilər tərəfindən süngərlə öldürülmüş yüzlərlə xocalı körpəsini unutmayaq. Onlar da yaşamaq istəyirdilər. Onlar da Avetisyanların uşaqları kimi günahsız və köməksiz idilər. Yuxuda öldürülən Avetisyanların körpələrindən fərqli olaraq, Xocalı körpələri onları öldürmək istəyənlərin olduğunu bilirdilər və xilas olmağa çalışırdılar. Onlar yaxınlarının ölümünü görürdülər. Onlar cəhənnəm əzabına dözərək zülm çəkdilər. Yəni bizim yaddaşımız o qədər zəifdir ki, biz bütün Facebook və internetdə səs-küy salaraq dünya şəbəkəsində bizim potensial düşmənimiz olanların dərdinə yanan rəylər yazırıq? Qətlə yetirilən erməni ailəsinin başçısı, 53 yaşlı Sergeyin və onun 33 yaşlı oğlu Arnmenin Qarabağ müharibəsində bizim yaxınlarımıza güllə atmadığını və öldürmədiyinə kim zəmanət verə bilər? Kim mənə zəmanət verə bilər ki, o sağ qalan altı aylıq erməni körpəsi iyirmi ildən sonra bizim yaxınlarımıza güllə atmayacaq? Metroda terror aktı həyata keçirməyəcək, Ali məktəblərdən birində müəllim və tələbələri güllələməyəcək, bizim uşaqlarımızın uçduğu təyyarəyə bomba qoymayacaq?
Nəyə görə prezidenti ermənilərin və azərbaycanlıların genetik müvafiq olmadığını deyən bir xalqın nümayəndələrinə görə heyfsilənirik? Azərbaycanlıları ümumiyyətlə, türkləri öldürmək anlayışı hər bir ermənidə var. Bunu unutmaq olmaz. Onlarla xoş qonşuluq, əməkdaşlıq münasibətlərini düzəltməyə səsləyən insanlar böyük səhv edirlər. Guya ki, hər şey düzələcək və ermənilər səhvlərini anlayacaqlar, işğal edilən torpaqları qaytaracaqlar. Səhvlərini etiraf etməyəcəklər. Anlamayacaqlar və qaytarmayacaqlar. Erməni düşməndir və bundan çıxış etmək lazımdır. Bunu heç bir zaman unutmaq olmaz.
Ən qorxulusu bilirsiz nədi? Azərbaycanlıların düşməninin olması fakt deyil. Döyüşməyi bacarırıq və düşməndən qorxmuruq. Heç bir zaman da qorxmamışıq. Ən qorxulusu isə düşmənimizin həm də vəhşi olmasıdır. Yalnız vəhşi dərdli halda ona azərbaycanlıların başsağlığının lazım olmadığını deyə bilər. Ermənilər internetdə, bir anlıq Valeri Permyakovun Gümrüdə kimisə yox, düşməni güllələdiyini unudan və erməniləri dəstəkləyən insanlara belə cavab verirdilər.
Məqaləni başladığım fikirlə bitirmək istəyirəm: azərbaycanlıların mehribanlığına və ürəyiyumşaqlığına təəccüblənməkdə davam edirəm. Xalqımla fəxr edirəm və sevirəm. Amma dostlar, rahatlaşmaq lazım deyil. Başa düşürəm bu, çətindir. Dinc əhali və xüsusən də günahsız körpələr qətlə yetiriləndə kənarda qalmaq olmur. Amma başa çatmayan müharibədə tolerantlıq və ürəyiyumşaqlıq qalib gəlmir, özün olduğu kimi qalmaq qalib gəlir. Bizim halda özün kimi olmaq genetik müvafiq olmayan xalqın dərdinə laqeyd qalmaqdır.
Qeyd: Müəllifin rəyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.