Dünya Bankı dünya iqtisadiyyatının artımı ilə bağlı proqnozunu aşağı saldı

2015-ci ildə iqtisadiyyat 3% artmalıdır…

2015-ci ildə iqtisadiyyat 3% artmalıdır.

Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin aşağı düşəcəyini proqnoz edir. Oxu.Az-ın məlumatına görə, bu barədə bankın hesabatında deyilir. 

Ekspertlərin qiymətləndirmələrinə görə, 2015-ci ildə dünya iqtisadiyyatı 3% artmalıdır. Əvvəlki qiymətləndirmələrə əsasən, artım 3.4% olmalı idi. 

DB həmçinin 2016-cı il üçün proqnozunu  – 3.5%-dən 3.3%-ə qədərə dəyişib. 2017-ci ildə artım 3.2% təşkil edəcək. 
 

www.oxu.az