Azərbaycan MTN-i İŞİD-ə cavab verdi

“Qabaqlayıcı tədbirlər həyata keçirilir”…

“Qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Azərbaycan Respublikasının maraqlarına, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Qeyd edək ki, İsrail mediası İŞİD (“İslam Dövləti”) terrorçuları tərəfindən mümkün hücum təhlükəsinə qarşı Azərbaycanda inzibati və sənaye obyektlərinin, eləcə də sinaqoqların mühafizəsinin gücləndirildiyi barədə xəbər yayıb. Təhlükəsizlik tədbirlərinin İŞİD-in “daxili işlər naziri” Vahid Xudayar Əhmədin Azərbaycana qarşı terror çağırışı ilə əlaqədar olduğu bildirilir.

www.oxu.az