“Times” qəzeti: Neftin qiyməti 20 dollara qədər düşə bilər

Brent-in ucuzlaşması Avropanın zəifləyən iqtisadiyyatından xəbər verir…

Brent-in ucuzlaşması Avropanın zəifləyən iqtisadiyyatından xəbər verir.

Neftin qiyməti 20 illik antirekordu vuraraq, bir barrelə görə 20 dollara qədər düşə bilər. Oxu.Az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzetində dərc olunmuş xülasədə deyilir.   

İlin əvvəlindən Amerikanın NYMEX əmtəə birjasında WTI Amerika neftinin 2015-ci ilin iyununda bir barrelə görə 20 dollara tədarük olunması üzrə müqavilələrin ümumi həcmi hazırda 13 milyon barrelə qalxıb.  

Bunu birjaların məlumatları təsdiq edir. “The Times” qəzeti qeyd edib ki, bu xülasə son ay ərzində neftin qiymətlərinin necə aşağı düşdüyünü nümayiş etdirir.

Xülasədə qeyd olunub ki, analitiklərin fikrincə, Brentin ucuzlaşması həm Avropanın zəifləyən iqtisadiyyatından, həm də ABŞ-da xam neftin ixracına 1970-ci illərdən qüvvədə olan qadağanın zəifləyə bilməsindən xəbər verir. 
 
www.oxu.az