O, əvvəllər Əfqanıstanda döyüşüb…
O, əvvəllər Əfqanıstanda döyüşüb.
İŞİD Sirac adlı azərbaycanlı komandirini edam edib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, İŞİD Siracı satqınlıqda ittiham edərək aradan götürüb. Sumqayıt şəhərindən olduğu bildirilən Siracın əvvəllər Əfqanıstanda döyüşdüyü, sonra Suriyaya gələrək İŞİD-ə qoşulduğu bildirilir.
Qeyd edək ki, son zamanlar İŞİD-in müsəlmanlara qarşı törətdiyi cinayətlərə öz daxilindən etiraz edənlərin də sayı çoxalıb. Bu etirazları yatırtmaq üçün terror təşkilatı daxili məhkəmələr quraraq etirazçıları agent, xəvaric elan edərək edam edir.
Bir neçə həftə öncə də əslən Qafqazdan olan Sergey Asimov da agent deyə edam edilmişdi. Daha sonra Asimovun Ümrə ziyarətində çəkdirdiyi fotolar yayılmışdı.
/Oxu.az/