Erməni vəkil rus əsgərini müdafiə etməkdən imtina edib

“O, uşaqları süngü ilə necə vurduğunu danışarkən…”…

“O, uşaqları süngü ilə necə vurduğunu danışarkən…”

Vəkil erməni Gümrüdə erməni ailəsininin 6 üzvünü qətlə yetirən rus əsgəri Valeri Permyakovu müdafiə etməkdən imtina edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Tamara Yayloyan Valeri Permyakovun işi üzrə Ermənistan Vəkillər Palatası tərəfindən vəkil təyin edilib.

O, bu qərarı emosiyalara qapılaraq  verdiyini bildirib.

“O, uşaqları süngü ilə necə vurduğunu danışarkən mən otağı tərk etdim və prosesi artıq davam etdirə bilmədim. Bəlkə də bu qeyri-peşəkar qərardır, lakin bu belədir”, deyə Tamara Yayloyan yerli telekanalın efirində bildirib. 

www.oxu.az