“İl hələ təzə başlayır”…
“İl hələ təzə başlayır”.
Azərbaycanın Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) Bakı ilə Sumqayıt arasında sürət dəmir yolunun yenidən qurulması və yaradılması üzrə birgə layihəsi hazırlıq mərhələsindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə AİB-in Bakı nümayəndəliyindən bildiriblər.
Məlumata görə, hazırda AİB məsləhətçiləri müvafiq işlər görürlər: “Layihə ilə bağlı daha dəqiq məlumatın bu il martın sonunda məlum olacağı gözlənilir”.
Agentliyin müsahibinin sözlərinə görə, bankın məsləhətçiləri layihənin iqtisadi məqsədəuyğunluğunun təhlilini hazırlayırlar: “Həmin təhlil əsasında Azərbaycan hökumətinin razılığının alınması vacibdir. Ona görə də bu barədə konkret nəsə söyləmək hələ tezdir”.
Nümayəndəlikdən qeyd ediblər ki, AİB-in Azərbaycandakı biznes planında göstərilmiş digər layihələrin statusunda heç bir dəyişiklik yoxdur.
Mənbə deyib: “İl hələ təzə başlayır və AİB-in missiyaları Azərbaycana yanvarın sonundan gəlməyə başlayacaq”.