Bu qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır…
Bu qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.
O, qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.