Latviyada Rus dilində danışmaq qadağan olundu

“Rusca danışıq latış dilinə təhlükədir”…

“Rusca danışıq latış dilinə təhlükədir”.

Latviyada Rus dilində danışmağı qadağan etdilər. 

Dövlət dili Mərkəzi bununla bağlı ölkə sakinlərinə müraciət edib. Sənədə əsasən iş yerlərində yalnız latış dilində danışmaq lazımdır. 

“İşçilərin xidməti və peşəkar öhdəliklərini yerinə yetirərkən öz aralarında xarici dildə ünsiyyət saxlaması yolverilməzdir,” – müraciətdə deyilir. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hakimiyyətin fikrincə, rusca danışmaq latış dilinə təhlükədir və latışlara hörmətsizlikdir.  

Mərkəzdə qeyd ediblər ki, qeyri-rəsmi danışıqlarda sakinlərin xarici dildə, ən çox da Rus dilində danışmaları ilə bağlı şikayətlər daxil olub. 

“Unutmayaq ki, Latviya dünyada yeganə yerdir ki, latış dilinin mövcudluğu və inkişafı təmin edilə bilər. Onun ölkə ərazisində dövlət dili kimi istifadəsinin məhdudlaşdırılmasını isə dilin statusuna təhlükə hesab etmək lazımdır. Buna görə də hər bir işəgötürən işçiləri ilə peşəkar öhdəiklərin yerinə yetirilməsi zamanı dövlət dilinin istifadəsinin vacibliyi barədə danışmalıdır,” – Mərkəzdən bildiriblər. 

 
www.oxu.az