Suriyada İran generalı qətlə yetirilib

Onunla bərabər “Hizbullah” təşkilatının bir neçə nümayəndəsi həlak olub…

Onunla bərabər “Hizbullah” təşkilatının bir neçə nümayəndəsi həlak olub.

İranın İslam İnqilabı Mühafizəçiləri Korpusunun generalı Muhamməd Əliulla Daadi İsrailin Suriya ərazisində HHQ-nin hücumu zamanı qətlə yetirilib. Bu barədə Reuters bildirib.

Bəzi məlumatlara görə, onunla bərabər 4-dən 6-ya qədər “Hizbullah” – Livanın şiə təşkilatının nümayəndələri həlak olub. Ölənlər arasında “Hizbullah”ın keçmiş xüsusi xidmətlər rəisi İmad Muqniyanın 25 yaşlı oğlu Cihad Muqniya (Jihad Moughniyah) həlak olub.

Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, Daadi və Muqniyanın olduğu avtomobil Suriyanın qərbində Holan yüksəklikləri rayonunda, El-Kuneytra şəhərində İsrail tərəfindən aviazərbələrə məruz qalıb.

İmad Muqniya 2008-ci ildə həlak olub. Buna görə Livan qruplaşması məsuliyyəti İsrailin üzərinə qoyub.

Holan yüksəklikləri Yaxın Şərqdə mübahisəli ərazilərdəndir. İsrail onu 1967-ci ildə Suriyaya qarşı apardığı altı günlük müharibə zamanı işğal edib. Dəməşq yüksəkliyi Suriyanın ərazisi hesab edilir.

www.oxu.az