Ekspert: İraqın hasilatı artırması bazara təsirsiz ötüşməyəcək

“Artıq 62 şist neft quyusu bağlanıb”…

“Artıq 62 şist neft quyusu bağlanıb”.

2014-cü ildə İraqın 3.6 milyon barel sutkalıq neft hasilatı olub. Bu hasilat onun tarixində ən böyük rəqəm idi. 2015-ci ildə də hasilatı artırıb. Bununla bərabər İraq ixrac həcmlərini artırmaq fikrinə düşərsə, bu, bazarda neftin tələblə təklif arasında olan münasibətinə təsirsiz ötüşməyəcək.

Bu barədə Oxu.Az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanİraqın neft hasilatını artırması bazarda neftin qiymətinə göstərəcəyi təsiri şərh edərkən bildirib.

Ekspert proqnozlaşdırır ki, neftin qiymətinin düşməsini, əsasən də ilin birinci yarısında müşahidə edəcəyik:

“Neft bolluğuna təsirini bir qədər də artıracaq. Bu da təbii ki, ilk növbədə Amerika bazarında şist neftinin hasilatı ilə məşğul olan şirkətlərin bazardan çıxarılmasına təsirini göstərəcək. Çünki il başlayandan artıq şist neftlə məşğul olan şirkət özünü iflas elan edib, 62 şist neft quyusu isə bağlanıb”.

Qeyd edək ki, İraqın neft naziri Adil Abd əl-Məhdi bildirmişdi ki, Kürdistan ilə müqavilədən sonra cari ildə neft hasilatı gün ərzində dörd milyon barelə çatacaq: “Bu göstərici tarixdə ilk olacaq. Neftin hasilatının artırılması neftin qiymətinin ucuzlaşmasını kompensasiya etməyə yardım göstərəcək. Bir il ərzində ölkə hakimiyyəti 3,3 milyon barel neft ixrac etmək fikrindədir”.

Xatırladaq ki, WBH Energy neft bazarında baş verən son hadisələrlə əlaqədar müflis olan ilk şirkət idi.

www.oxu.az