“Bu heç də kiçik nailiyyət deyil”…
“Bu heç də kiçik nailiyyət deyil”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Times” qəzetində 20 Yanvar hadisələri ilə bağlı məqalə dərc edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, səfir qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yürüdülərək yüzlərlə insanı amansızcasına qətlə yetirib və yaralayıb.
“Sovet qoşunlarının Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsinin qarşısını almaq cəhdi boşa çıxdı. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini və azad gələcəyini qazandı. Azərbaycan sovet imperiyasının əsarətindən çıxan ilk ölkə oldu”, – deyə məqalədə qeyd edilir.
Diplomat qeyd edib ki, müstəqillik Azərbaycana “xarici qüvvələrin müdaxiləsi olmadan öz xalqının maraqlarına uyğun olaraq hərəkət etmək imkanı verdi”.
“Çətin geosiyasi ərazidə yerləşən bir ölkə üçün bu heç də kiçik nailiyyət deyil. Bu gün də bu ənənə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirilir”, – deyə E. Süleymanov qeyd edib.
Səfir qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş statusunu qazanıb.