Türkiyə Ermənistanla yeni sülh istəyir

“Biz bu böhran həddini keçmişik”…

“Biz bu böhran həddini keçmişik”.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır. Bu barədə Anadolu agentliyi məlumat verir. 

“Biz Ermənistanla yeni sülhün bərqərar olması üçün səylər göstərməliyik”,  – Davudoğlu Londona səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. 

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nazir deyib ki, o, münasibətlərin normallaşmasını 2015-ci ildə istəyir.  

1915-ci il hadisələrinə toxunan Davudoğlu bəyan edib ki, Türkiyə ermənilərin kədərini bölüşür və Ermənistanla dostluq münasibətlərini bərpa edərək səmimi olaraq yaraların sağalmasını istəyir.

“Yalnız tabunu pozaraq biz 1915-ci ildə vaxtı dondurmuş böyük zərbənin öhdəsindən gəlməyə başlaya bilərik. Türkiyə öz tərəfindən keçmiş haqqında stereotip iddialardan imtina edərək bu böhran həddini keçib,” – türk nazir deyib.  

Davudoölu 2007-ci ildə İstanbulda türk millətçisi tərəfindən qətlə yetirilmiş türk-erməni jurnalisti Qrant Dinkin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Dink “türk və ermənilərin ümumi gələcək qurmağa kömək edəcək yol və vasitələrin axtarılmasına kömək etməyə çalışırdı”. 

Baş anzir erməniləri tez-tez Türkiyəyə səfər etməyə və mövhümatlara son qoymağa çağırıb. Davudoğlunun sözlərinə görə, iki qədim xalq müdriklik nümayiş etdirməli və bir-birini anlamalıdır. 

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında çətin münasibətlər Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq tanınmasına Ankaranın kəskin reaksiyası ilə bağlıdır. 

www.oxu.az