“Mən liderliyin daha dərrakəli Amerika üsuluna inanıram”…
“Mən liderliyin daha dərrakəli Amerika üsuluna inanıram”.
ABŞ hərbi qüvvənin və güclü diplomatiyanın vəhdəti sayəsində başçılıq etməyi daha yaxşı bacarır.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu fikri prezident Barak Obamayanvar ayının 20-də Konqressə müraciəti zamanı bildirib.
“Mən liderliyin daha dərrakəli Amerika üsuluna inanıram”, – o bəyan edərək, koalisiyanın yaradılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, qorxular yeni əsrin gətirdiyi dəyişiklikləri kölgədə qoymamalıdır.
“Biz Amerika qüvvəsini və diplomatiyasını nümayiş etdiririk. Biz “böyük ölkələrin kiçik ölkələri sıxışdırmağa haqqı yoxdur” prinsipini rəhbər tuturuq, Rusiya aqressiyasına qarşı durduqda, Ukraynada demokratiyanı dəstəkləyir və NATO üzrə müttəfiqlərimizi sakitləşdiririk”, – o, əlavə edib.
Obama xatırladıb ki, keçən il ABŞ müttəfiqləri ilə bərabər Rusiyaya qarşı sanksiyaların yeridilməsinə dair “çətin iş” yerinə yetiriblər.
“Bəziləri Putinin aqressiyasının strategiya və qüvvənin ustalıqla nümayiş etdirilməsi olduğunu ehtimal etdilər. Bu gün isə məhz Amerika öz müttəfiqləri ilə möhkəm və həmrəydir. Rusiya isə təcrid edilib, onun iqtisadiyyatı isə dəhşətli vəziyyətdədir (orijinalda in tatters – uçurum kənarında, darmadağın edilmiş, yerlə yeksan edilmiş)”, – prezident qeyd edib.
“Beləliklə, Amerika liderliyi ardınca boş hədələrlə deyil, daimi, dayanıqlı qərarlı olması ilə aparır”, – Obama vurğulayıb.