“Azəriqaz” məlumat yaydı…
“Azəriqaz” məlumat yaydı.
Yanvarın 21-də “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Masazır”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Zərdab”, o cümlədən, Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadi” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bu gün saat 10:00-dan 18:00-dək Masallı rayonunun təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Böyük Xocavar, Binə Xocavar, Bambaşı, Yiyən kənd, Çaxırlı, Əhmədli, Təklə, Həsənli, Xırmandalı, Ərəb, Hacıtəpə və Yeddi oymaq, eləcə də Ucar rayonunun Lək kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Xatırladaq ki, aparılan işlərin Zərdab rayonunun və Abşeron rayonu Masazır qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.