Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Rəsmi məlumat yayıldı…

Rəsmi məlumat yayıldı.

Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdiri Rəşid Səfərov vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya bildirib ki, R.Səfərov təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.

M.Hacıyev deyib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, adıçəkilən şöbənin rəisi vəzifəsinin müvəqqəti icrası şöbənin rəis müavini Köçəri İmranova həvalə olunub.

K.İmranov bundan əvvəl həmin şöbədə sektor müdiri olub.

www.oxu.az