“Sülh prosesi yubanır”…
“Sülh prosesi yubanır”.
Yanvarın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Görüşdə Fransa və Azərbaycan arasında hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.