Kiyev vilayətinin milis rəisinə azərbaycanlı müavin təyin olunub

“Birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm”…

“Birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm”.

Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə maddi-texniki təchizat və resurs təminatı üzrə idarəsinin rəisi, vilayət milisinin rəis müavini vəzifəsinə azərbaycanlı təyin olunub.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, milis polkovniki Qarayev Elbrus Qələndər oğludur.

E.Qarayev açıqlamasında 1968-ci ildə Azərbaycanın Tovuz rayonunun Qaraxanlı kəndində anadan olduğunu deyib:

“1986-88-ci illərdə sovet ordusunun Kiyevdə yerləşən hərbi hissəsində xidmət keçdikdən sonra burada İnşaat Mühəndisləri İnstitutunu, daha sonra isə Ukrayna Milis Akademiyasını bitirmişəm. Uzun müddət “Berkut” xüsusi təyinatlı milis dəstəsində, sonra mühafizə milisində rəhbər vəzifələrdə çalışmışam. Hazırkı vəzifəm vilayət milis rəisinin müavini səviyyəsində olsa da, birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm. Vəzifəm Kiyev vilayəti üzrə bütün milis orqanlarının maddi-texniki təchizatını əhatə edir”.

Azərbaycanlı polkovnik Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqəsi olduğunu da əlavə edib.

www.oxu.az