Güclü atışma olub…
Güclü atışma olub.
Ermənistan ordusu yenə itki verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Tavuş vilayətində müddətdən artıq xidmət edən hərbçi ölüb.
Ovannisyan bildirib ki, bu gecə cəbhədə atışma zamanı 1980-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Arman Raşidoviç Udumyan ölüb. O, çavuş olub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi təkcə yanvarın 3-dən 20-dək cəbhədə 8 erməni hərbi qulluqçusunun məhv edildiyini, 4-nün isə yaralandığı haqqda məlumat yaymışdır.