Dövlət başçısı İranın prezident administrasiyasının rəhbəri ilə görüşdü…
Dövlət başçısı İranın prezident administrasiyasının rəhbəri ilə görüşdü.
Prezident İlham Əliyev Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Oxu.Az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edildi. Son dövrdə dövlətlərimizin başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirildi. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırıldı.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
21 yanvar
Yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib.
Oxu.Az-ın məlumatına görə, prezident İ.Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.