Rusiya 1,375 trilyon rubl həcmində anti-böhran paketi qəbul edir

Rusiya hökuməti anti-böhran planı qəbul etməyə hazırlaşır…

Rusiya hökuməti anti-böhran planı qəbul etməyə hazırlaşır.

 

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, hökumət anti-böhran planına dair yekun iclası bazar ertəsi keçirəcək .

 

Qeyd edək ki, anti-böhran layihəsinin reallaşdırılması üçün 1,375 trilyon rubl tələb olunur. Bu vəsait Dövlət zəmanəti və Milli Rifah Fondundan ayrılacaq. Vəsait əsasən kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə yönəldiləcək. Ümumilikdə bu  sektora 50 milyard rubl nəzərdə tutulub. Sənayeyə isə hökümət 20 milyard ayırmağı planlaşdırır.

 

Xatırladaq ki, Rusiya anti-böhran planını sonuncu dəfə 2009-cu ildə qəbul edib. O zaman ölkənin büdcə kəsiri ümumi daxili məhsulun 5,9 faizinə çatmışdı. Bu il üçün isə həmin rəqəm 2-3 faiz proqnozlaşdırılır. Bu səviyyənin qalxmaması üçün Rusiya 2015-ci ilin büdcə xərclərində ixtisar planlaşdırır. Artıq Maliyyə Nazirliyi xərclərdə 10 faiz azaldılmaya gediləcəyini bildirib. Lakin bu, ilkin addımdı. Büdcə xərclərinin azaldılması 15 faizə çatdırıla bilər. Büdcə defisitinin isə əvvəlki illərdə toplanan rezervlərin hesabına qapadılması planlaşdırılır.

 

/Publika/