Ermənilər Permyakovu tələb edir

İrəvanda yürüş olacaq…

İrəvanda yürüş olacaq.

Yanvarın 26-da İrəvanda Avetisyanlar ailəsinin yeddi üzvünün qətlində ittiham edilən rus əsgəri Permyakovun Ermənistan tərəfinə verilməsi tələbi ilə yürüş keçiriləcək.  

Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yürüş Koryun küçəsindən Azadlıq meydanına qədər davam edəcək. 

“Biz Ermənistan hakimiyyətindən və Rusiya tərəfindən Gümrüdə Avetisyanlar ailəsinin yeddi üzvünü qətlə yetirməkdə ittiham olunan şəxsin Ermənistanın hüquq-mühafizə orqanlarına verməyi tələb edirik. Tələb Ermənistanda Rusiya hərbi bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir. Bu, ədalətli istintaqın qarantı ola bilər. Bizim tələbimiz ədalətlidir”, təşkilatçıların bəyanatında deyilir. 
  
www.oxu.az