Putin Ukraynanı sülhə çağırdı

Rusiyanın rəhbəri təfəkkürün qələbəsinə inanır…

Rusiyanın rəhbəri təfəkkürün qələbəsinə inanır.

Rusiya prezidenti Vladimir Putin Ukraynada sağlam təfəkkürün qalib gələcəyinə və Kiyevin münaqişənin həllinin sülh yolunu axtaracağına ümid etdiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verir.

“Biz bugünkü rəsmi Kiyevdən də tez-tez bu ölkədə münaqişənin həlli yoluna meyilli olduqlarını eşidirik, amma praktikada tamam başqa şey baş verir”, – Putin bəyan edib.

“Ümid edirəm ki, sonda sağlam təfəkkür qələbə çalacaq”, – Rusiya prezidenti əlavə edib.

Daha öncə isə məlum olub ki, Ukraynada hərbi əməliyyatlar nəticəsində apreldən bu yana 5 min insan həlak olub.

www.oxu.az