“Sistem səhv edib”…
“Sistem səhv edib”.
ABŞ-da iki qadının qətlində ittiham edilən 70 yaşlı kişi həbsxanada günahsız yerə 40 il keçirdikdən sonra azad ediləcək, Associated Press xəbər verir.
Hakim iş üzrə toplanan dəlillərin heç birinin Cozef Slecə aid olmadığını bəyan edən DNT ekspertinin çıxarışını nəzərə alıb.
Vilayət prokuroru 70 yaşlı kişidən üzr istəyib və 1976-cı il cinayət işinin bərpa edilməsini vəd edib.
Oxu.Az Qazeta-ya istinadən xəbər verib.
“Sistem səhv edib”, – vilayət prokuroru Con Devid bəyan edib.
Qərarın elan edilməsindən sonra Slec bir anlıq oturub, sonra isə məhkəmdə iştirak edən vəkili və qohumlarını qucaqlayıb.
O, 1976-cı ildə baş vermiş Jozefina Devis və qızı Eylinin qətlində ittiham edilərək, günahkar bilinib. Qadınlar Elizabettaunda öz evlərində ölü tapılıblar. Bir gün bundan öncə Slec oğurluq üstə cəza çəkdiyi həbsxanadan qaçmışdı.