ABŞ Yəməndə “Əl-Qaidə” ilə mübarizəni dayandırdı

Daha öncə Amerika səfirliyi təxliyyə edilib…

Daha öncə Amerika səfirliyi təxliyyə edilib.

ABŞ administrasiyası Yəməndə antiterror fəaliyyətini ölkədə yaranan kəskin siyasi böhran fonunda dayandırmalı olub, bu barədə The Washington Post yazıb.

Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ xüsusi əməliyyatlara müştərək komandanlığının (U.S. Joint Special Operations Command) idarəsi ilə silahlı pilotsuz aparatlar Yəmənin cənubunda əməliyyatlar yerinə yetirməyə davam edirlər.

ABŞ məlumatına görə, orada Əl-Qaidə qruplaşmasının terror dəstəsi yerləşib.  

Daha öncə 2014-cü ilin payızından Yəmən paytaxtı, Sana şəhərinin böyük hissəsinə nəzarət edən, şiə inqilabçılarının bu həftə, hökumət qüvvələri ilə döyüşlərdə prezident sarayını zəbt edikləri xəbər verilmişdi.  

Housitlərin hökumət siyasətindən narazılığının səbəblərindən biri ölkənin yeni konstitutsiyasınını layihəsidir, bu konstitusiyaya əsasən Yəmən Federasiyaya çevrilməlidir.  

Daha öncə ölkədə vəziyyətin kəskinləşməsi səbəbindən Amerika səfirliyi təxliyyə edilib.

www.oxu.az