Almaniya “erməni soyqırımını” tanımaqdan imtina edir

Tarixi hadisələrin qiymətləndirilməsi alimlərin işidir…

Tarixi hadisələrin qiymətləndirilməsi alimlərin işidir.

Almaniya Federativ Respublikası (AFR) hökuməti bundan sonra da 1915-1916-cı illərdə Osmanlı imperiyasında  baş vermiş hadisələri xarakterizə edərkən, “soyqırım” sözündən istifadə etməməkdə israrlıdır.

Oxu.Az xəbər verir ki, bu barədə yanvarın 24-də Der Tagesspiegel Sol partiyanın AFR hökumətinə parlament sorğusuna verilən cavaba istinadən yazıb. 

Tarixi hadisələrin qiymətləndirilməsi alimlərin işidir, deyə, sənəddə qeyd olunur və vurğulanır ki, 1915-1916-cı illərdə kütləvi qovulmaların təhlili ilə ilk növbədə bu hadisələrə aidiyyatı olan iki ölkə – Türkiyə və Ermənistan məşğul olmalıdır.

“Hazırda Federal hökumətin 2015-ci il aprelin 24-də anım tədbirlərinin keçirilməsi ilə bağlı planları yoxdur”, – deyə, sorğuya cavabda bildirilir.

Bundan əvvəl Almaniyada Mərkəzi Erməni Şurasının və digər erməni təşkilatlarının nümayəndələri bu tədbirlərdə hökumət rəsmilərinin iştirakını da istədiklərini bildirmişdilər.

“Hökumət belə iştirakın imkanlarını öyrənir”, – deyə, sənəddə vurğulanır.

www.oxu.az