Neft niyə ucuzlaşır?

“Neft hasilatını öncə yavaşlatmaq lazımdır”…

“Neft hasilatını öncə yavaşlatmaq lazımdır”.

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdul-Əziz əl-Saudan neft hasilatının əvvəlki həcmini saxlamaq istədiyindən neftin dünya birjalarında qiyməti ucuzlaşır.  

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Brent markalı neftin bir bareli 48,38 dollar olub ki, bu da qiymətdə 0,84% itki deməkdir.

WTI markalı neftin qiyməti 1,25% ucuzlaşaraq bir barel üçün 45,02 dollar təşkil edib. 

“Neft hasilatını öncə yavaşlatmaq lazımdır. Məqsəd 2008-ci il maliyyə böhranı zamanı olan ehtiyatdan daha çox toplanan ehtiyatın yığılma sürətini azaltmaqdır. Səudiyyə Ərəbistanının məlumatına bazar reaksiya vermədi və yəqin ki, dəyişməz qalacaq. Belə ki, kral Salman çox konservativ biridir”, – “Samsung Futures”in analitiki Xon Sun Ki belə hesab edir.

www.oxu.az