Mərkəzi Bank məlumat yaydı…
Mərkəzi Bank məlumat yaydı.
Azərbaycanda avronun məzənnəsi növbəti psixoloji həddi keçib.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Bankın bu gün açıqladığı rəsmi məzənnələrində 1 avronun məzənnəsi 87,7 qəpik həddində qeydə alınıb.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev Oxu.Az-a bildirib ki, dollarla avro arasında gedən proseslər, bizim də manatla avro arasında gedən proseslərə təsir göstərir.
Ekspertin sözlərinə görə, manatın məzənnəsi avro ilə deyil, dollarla tənzimlənir.
Qeyd edək ki, dolların bahalaşması avronun manata nisbətdə ucuzlaşmasına səbəb olub.
Xatırladaq ki, bu ilin əvvəlindən indiyədək avronun məzənnəsi təqribən 6,4% ucuzlaşaraq 0,937 manatdan 0,877 manata enib.