“Fikir mübadiləsi aparılır”…
“Fikir mübadiləsi aparılır”.
Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında sürətli elektrik qatarının təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyinin müvafiq qurumları arasında fikir mübadiləsi aparılır.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, sürətli qatarlar və sürətli tramvayların çəkilməsi hazırda bir növ xəyala bənzəyir:
“Bununla bağlı arzu var. Bu arzunu yerinə yetirmək üçün böyük maliyyə vəsaiti tələb olunur. Hazırda dünyada neftin qiyməti aşağı düşüb. Bu da öz növbəsində layihələrin icrasına öz təsirini göstərir. Yəni bu cür layihələri ləngidir”- deyə, nazir əlavə edib.