Nazir hesabat verdi…
Nazir hesabat verdi.
Azərbaycanda 2014-ci ildə ümumi hərbi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Bu barədə Müdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov deyib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Yavər Camalov bildirib ki, dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub.
“Belə ki, istehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. 2014-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb”, nazir deyib.
Nazir əlavə edib ki, 2014-cü ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb.