“Heç bir irəliləyiş olmadı”…
“Heç bir irəliləyiş olmadı”.
Rəsmi İrəvan Türkiyəni qeyri-konstruktivlikdə ittiham edib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi illik hesabatında bildirib ki, 2014-cü ildə Ermənistan-Türkiyə münasibətlərində heç bir irəliləyiş olmayıb.
Ermənistan XİN-i bir daha Türkiyəni ittiham edərək, buna səbəb kimi rəsmi Ankaranın qeyri-konstruktiv mövqeyini göstərib.
Xatırladaq ki, bu yaxınlarda Türkiyənin Baş naziri Əhməd Davudoğlu 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı olduğunu bəyan edib.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında çətin münasibətlər Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq tanınmasına Ankaranın kəskin reaksiyası ilə bağlıdır.