Türkiyə Azərbaycan xalqına başsağlığı verdi

“Azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”…

“Azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun təmas xəttində baş verən atışma zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.

Oxu.Az xəbər verir ki, bu barədə səfir özünün “Twitter” səhifəsində yazıb.

“Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm”, – deyə diplomat qeyd edib.
 
Qeyd edək ki, Müdafiə Nazirliyi son döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb.

www.oxu.az