“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqlənib

Prezident sərəncam imzalayıb…

Prezident sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram:

1. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

2.1. Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin;

2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

www.oxu.az